Dünya

Çin Ordusu Tayvan ətrafında hərbi təlimlərə başlayıb

1 Aprel 2025 10:11
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin Ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ordunun Mətbuat Xidməti yayıb.

Bildirilib ki, bu addım regionda separatizm meyllərinin gücləndirilməsinə, eləcə də Tayvanın Çin sahillərinə hərbi gəmilər göndərməsinə cavab xarakteri daşıyır.

Məlumatda həmçinin Tayvana rəhbərlik edən Lay Çin-Tenin ünvanına "parazit" ifadəsi işlədilib.

Həmçinin o da qeyd edilib ki, rəsmi Pekin regionda sabitliyin təminatı üçün güc tətbiqi variantından heç vaxt imtina etməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.