Dünya

Mask Azərbaycanla bağlı paylaşım etdi - FOTO

29 Mart 2025 14:14
Baxış: 1 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, amerikalı milyarder, "Space X"in sahibi İlon Mask bununla bağlı "X" hesabında paylaşım edib.

"Starlink" indi Azərbaycandadır" - deyə, Mask yazıb.

Qeyd edək ki, "Starlink" İlon Maskın "SpaceX" şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları "SpaceX" raketləri ilə həyata keçirilir.

"Starlink" hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.