Dünya

ABŞ-da daşqın: ölənlər var

29 Mart 2025 16:55
Baxış: 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Texas ştatının cənubunda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 4 nəfər ölüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunub ki, ən ciddi vəziyyət Hidalqo dairəsindədir, burada 3 nəfər ölü tapılıb.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi, qeyri-qanuni mühacirlərin daşınması üçün istifadə edildiyi güman edilən su altında qalmış avtomobildə daha bir kişinin cəsədinin tapıldığını bildirib.

Bundan başqa, təbii fəlakət nəticəsində minlərlə ev işıqsız qalıb, Harlingendəki Velli beynəlxalq hava limanı bağlanıb, bütün uçuşlar təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.