Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə tərəfi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələr, regional və beynəlxalq mövzular müzakirə edilib.
Ərdoğan regional məsələlərin həllində Türkiyə-Rusiya əməkdaşlığının vacib rol oynadığını, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün başladılan prosesi Türkiyənin yaxından izlədiyini, eləcə də davamlı sülhün əldə edilməsi üçün sülh müzakirələrinə ev sahibliyi etmək də daxil olmaqla hər cür dəstəyə hazır olduğunu bildirib.
Türkiyə Prezidenti Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoş niyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə bölgəsinə çevrilməsinin qarşısını almaq üçün üzərinə düşəni etməyə davam etdiyini bildirib.
Liderlər Suriya məsələsində də danışıb. Türkiyə Prezidenti Suriya məsələsində ölkəsinin Rusiya ilə əməkdaşlığına əhəmiyyət verdiyini, Suriyanın ərazi bütövlüyü əsasında davamlı sabitlik və stabiliyyə qovuşması üçün Türkiyə ilə Rusiyanın birgə çalışmasının mühüm olduğunu, Suriyanın birliyini pozmağa istiqamətlənmiş etnik və məzhəb ayrılığını alovlandıran cəhdlərin, eləcə də bu ölkəyə qarşı sanksiyaların bütövlükdə qaldırılması üçün iki ölkənin birgə çalışa biləcəyini ifadə edib.
O əlavə edib ki, Suriyanın resurslarını özünün istifadə etməsi vacibdir və Türkiyə Suriya Demokratik Qüvvələrininnin mərkəzi hökumət nəzdində fəaliyyət göstərməsini dəstəkləyir. Rəcəb Tayyib Ərdoğan bundan sonra terrorçular üçün əlverişli ərazi olmaqdan tamamilə çıxarılmasının Suriya üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb./modern.az
Milli.Az