Dünya

Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək?

27 Mart 2025 14:50
Baxış: 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp, Yəmənə qarşı Amerika silahlı qüvvələrinin zərbələri haqqında məlumatların "Signal" mesencerindən sızması qalmaqalından sonra ölkənin müdafiə naziri Pit Heqsetin istefa verməsi ehtimallarına münasibət bildirib.

Oxu.Az-ın TASS-a istinadla məlumatına görə ölkə rəhbəri bu iddiaları rədd edib.

"Heqset öz işini əla yerinə yetirir. Onun bu məsələyə heç bir aidiyyəti yoxdur. Bu, cadugər ovudur", - deyə ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, 24 mart tarixində "Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberq məqalə dərc edib və orada iddia edib ki, onu səhvən "Signal" mesencerində ABŞ Administrasiyası üzvlərinin Yəmənə zərbələri müzakirə etdiyi çata əlavə ediblər. Jurnalist iddia edib ki, 15 martda Pit Heqset ləqəbli istifadəçi husilərə qarşı gözlənilən zərbələrin təfərrüatını, o cümlədən hədəfləri, silahları və zərbələrin ehtimal olunan başlama vaxtını əhatə edən mesaj dərc edib.

Tramp qrupda məxfi məlumatların dərc edilmədiyini bildirib. O qeyd edib ki, məlumatların sızması ətrafındakı qalmaqala baxmayaraq, Mayk Uolts da daxil olmaqla, milli təhlükəsizlik məsələləri ilə məşğul olan komanda üzvlərinin hamısına etibar edir. Uolts öz növbəsində bildirib ki, Qoldberqin qapalı qrupa niyə daxil edildiyi barədə məlumatı yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.