Dünya

Mask niyə Trampa yaxın olmaq istəyir? - faydaları bu imiş

25 Mart 2025 10:13
Baxış: 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlon Maskın qurucusu olduğu "SpaceX" şirkəti ABŞ Prezidenti Donald Trampa yaxınlığından faydalana bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, korporasiya yaxın vaxtlarda dövlətlə çoxmilyardlıq müqavilələr imzalamağa hazırlaşır.

"SpaceX"ə federal xərclərin artması qismən Prezident Tramp və Maskın hazırda hökumət vəzifələrində olan müttəfiqləri və tərəfdaşlarının fəaliyyətinin nəticəsi olacaq. Şirkət, həmçinin Trampın hazırkı administrasiyasının rabitə sistemlərindən tutmuş peyk istehsalına qədər hər sahədə kommersiya kosmik xidmət təminatçılarının işə götürülməsinə üstünlük verməsi ilə bağlı siyasətindən faydalanacaq", - məqalədə qeyd olunur.

Həmçinin Federal Mülki Aviasiya Administrasiyasının (FAA) nəzərdən keçirdiyi "SpaceX"in dörd xüsusi layihəsinin adı çəkilib. Söhbət raketlər üçün yeni buraxılış meydançalarının tikintisi, həmçinin dövlət kosmodromlarından daha tez-tez istifadəyə icazə verilməsi ilə bağlı müraciətlərdən gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.