Dünya

Qonşu ölkədə çipslərin satışı qadağan olunur?

21 Mart 2025 16:32
Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada çipslərin aksizli məhsul sırasına daxil etmək, eyni zamanda onların yetkinlik yaşına çatmayanlara satışının qadağan edilməsi təklif edilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu təkliflə Rusiya Baş naziri Mixail Mişustinə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) yanında İctimai Şuranın rəhbəri Oleq Pavlov müraciət edib.

Sənəddə o da bildirilir ki, hələ 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) transyağlarla zəngin qidaların, o cümlədən çipslərin istehlakını azaltmağı və ya qadağan etməyi tövsiyə edib. Təşkilatın məlumatına görə, transyağların istehlakı ürək-damar xəstəliklərinin inkişafına və hər il dünyada 500 minə qədər insanın vaxtından əvvəl ölümünə səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.