Dünya

Dənizdə itən balıqçı 95 gün sonra tapıldı - Sağ qalmaq üçün nə edib?

17 Mart 2025 12:40
Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Okean açıqlarında itib 95 gün dənizdə yalnız qalan Perulu balıqçı Máximo Napa Castro salamat tapılıb. 

Milli.Az mətbuatın verdiyi məlumata görə, Máximo Napa Castro 7 dekabr 2024-cü il tarixində Peru sahillərindən balıq tutmaq üçün yola düşüb, lakin bir daha geri dönə bilməyib. Pis hava şəraiti nəticəsində istiqamətini itirən 61 yaşlı balıqçının axtarışları 3 ay davam edib.

Axtarış-xilasetmə qruplarının uzun müdət davam edən səylərinə baxmayaraq, onun izini tapmaq mümkün olmayıb. Ekvadorlu balıqçılar dənizdə sürüklənən qayıq görərək, ona yaxınlaşıblar və Castroyu salamat bir şəkildə xilas ediblər.

Castro dənizdə qaldığı dövrdə həyatda qalmaq üçün bəzi heyvanlarla qidalanıb və söyləyib ki, "qayıqda toplanan yağış suyunu içib və qurbağa , quş və hətta böcəklərlə qidalanıb".

Castro ailəsinə qovşulduqdan sonra, hekayəsi dünya mediasında gündəm yaradıb. Onun iradəsi, dənizdə həyatda qalmaq bacarığı və ailəsinə olan sevgisi, bəzi insanlar üçün ilham mənbəyi olub.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.