Meksikada 1999-cu ildə öz anası tərəfindən qaçırılan Andrea Mişel Reyes adlı uşaq tapılıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 1999-cu ildə Konnektikutda 2 yaşında olan Andrea Mişel Reyes anası Rosa Tenorio tərəfindən qaçırılaraq Meksikaya aparılıb. Atası Andrea ilə əlaqə qurmaq üçün bir neçə dəfə Meksikaya səfər etsə də, heç bir nəticə əldə edə bilməyib.
2023-cü ildə New Haven polisi və FTB (Federal Təhqiqat Bürosu) Reyesin axtarışını yenidən başlatmış və yeni araşdırmalar aparmışdılar.
Axtarışın nəticəsi olaraq, Reyesin anası Tenorio ilə Meksikanın Puebla şəhərində yaşadığı müəyyən edilib.
DNT testi Reyesin atası ilə əlaqəsinin doğruluğunu təsdiqləyib.
Othram adlı DNT test şirkətinin verdiyi məlumata görə, Reyesin tapılması, itkin düşənlərin araşdırılması üzrə daha geniş bir layihənin tərkib hissəsidir. Şirkət ABŞ-dakı Milli İtkin və Naməlum Şəxslər Sistemində olan 500-dən çox işin həllinə kömək edib.
Milli.Az