Dünya

İsrail Suriyanın yeni hakimiyyətini hədələdi

3 Mart 2025 06:33
Baxış: 1 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Suriyanın yeni hakimiyyətini hədələyib.

Milli.Az-ın verdiyi xəbərə görə, İsrail xarici işlər naziri Gideon Saar bu gün mətbuat konfransında deyib ki, Prezident Əhməd Əş-Şaarının rəhbərlik etdiyi yeni hökumət Suriya xalqının seçmədiyi bir qrup cihadçıdır.

Gideon Saar bəyan edib ki, İsrail Suriyanın cənubundakı druzları qətiyətlə müdafiə edəcək. İsrail xarici işlər naziri qeyd edib ki, Suriyanın yeni hakimiyyətinin druzlara, kürdlərə və digər azlıqlara qarşı hər hansı hərbi əməliyyat keçirmək hüququ yoxdur.

Qeyd edək ki, dünən Baş nazir Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz bildirib ki, Dəməşqin yaxınlığında druz döyüşçüləri ilə yeni rejim arasında qarşıdurma olarsa, İsrail druzların müdafiəsi üçün tədbirlər görə bilər.  /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.