Təyyarədə dəhşət: Yaşlı cütlük saatlarla meyitlə uçmağa məcbur oldu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstraliyalı cütlük Melburndan İtaliyanın Venesiya şəhərinə uçarkən dəhşətli vəziyyətlə üzləşib. Belə ki, uçuşdan qısa müddət sonra sərnişinlərdən biri huşunu itirib və ekipajın bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Bu səbəbdən Mitçell Rinq və Cennifer Kolin uçuşun qalan dörd saatını örtüklərə bükülmüş meyitin yanında keçirməli olublar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qorxulu hadisə "Qatar Airways"ə məxsus təyyarədə baş verib.
Bildirilir ki, ekipaj ölən qadını biznes-klassa köçürməyə çalışsa da, onun iri bədən quruluşu buna imkan verməyib və meyit oturacaqda qalıb. Mitçell qeyd edib ki, işçilər hətta örtükləri sərnişinlərin gözü qarşısında meyitin üzərindən götürüb yoxlama aparıblar.
Uçuş qorxusu olan Cennifer meyitin yanlarında yerləşdirildiyini anlayanda şok keçirdiyini etiraf edib.
Bu azmış kimi Dohada keçid aeroportunda enişdən sonra cütlük polis və tibb işçiləri təyyarəyə daxil olana qədər gözləməli olub.
Aviaşirkətdən heç kim onlara kömək və ya dəstək təklif etməyib. Cütlüyün sözlərinə görə, bu hadisə onların çoxdan gözlənilən İtaliya istirahətlərini "burunlarından gətirib".
"Qatar Airways" və biletlərin sifariş edildiyi Qantas şirkətinin nümayəndələri hadisəni araşdırdıqlarını bildiriblər. "Qatar Airways" üzr istəyib və daxili qaydalarına uyğun olaraq sərnişinlərlə əlaqə qurduqlarını qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“La Campanella” Kamera Orkestrinin konsert proqramı keçirilib - FOTO
-
Şəhid atası vəfat etdi
-
İranda güclü zəlzələ oldu
-
"O mahnı bacımın məzarı üstündə yaranıb, yaramdır, DƏYMƏYİN!"
-
Bakıya yenə güclü yağış yağacaq
-
Hamı uşağına bu 2 adı qoymaq istəyir - Rekord qırır
-
Günəş Əkizlərə keçir - Telefonlar susmayacaq, mesajlar, zənglər, yeni tanışlıqlar...
-
46 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Qızıl nə vaxt ucuzlaşacaq?
-
Beyin yorğunluğunu azaldan içki bu İMİŞ - Qəhvəni unudun
-
Kəndli niyə həyətində əkib-becərmək istəmir? - ARAŞDIRMA
-
Samir Piriyevin ailəsində İTKİ - FOTO
-
"Qalatasaray"ın əsas transfer hədəfi bəlli OLDU - FOTO
-
Şampuna bunları əlavə edin: Saçlar qalın, möhkəm olacaq və TÖKÜLMƏYƏCƏK
-
Növbəti köç Şükürbəyli kəndinə çatdı - YENİLƏNİB
-
22 yaşlı futbolçunun meyiti tapıldı - FOTO
-
Yeməkdən sonra 1 ədəd qəbul edin - Nəticə şok edəcək
-
Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub - FOTO
-
Azərbaycanlı aparıcı əri ilə - FOTOlar
-
Milliyə çağırılan Neymardan pis XƏBƏR: Yenə ZƏDƏLƏNDİ
-
Emmanuel Makron İlham Əliyevə zəng vurub
-
“Dünyanın ən gözəl həyat yoldaşı, yaxşı ki, varımsan" - FOTO
-
Bütün kütləvi tədbirlər ləğv edildi - Bu şəhərdə
-
Bakıda tramvay xətləri bu tarixədək istifadəyə VERİLƏCƏK





