"Ukrayna NATO-nun üzvü olmayacaq, alyansla Rusiya arasında bufer zonası olaraq qalacaq. Bu, ABŞ-də respublikaçı Donald Trampın hakimiyyətə qayıdışından sonra aydın olub".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban milli parlamentin yaz sessiyasının açılışında çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, "sülh müqaviləsi Macarıstan və NATO-ya üzv ölkələrin təhlükəsizliyinə təminat verməli və yenidən bufer zonaya çevriləcək Ukraynanın statusu buna uyğun tənzimlənməlidir".
"Lakin Ukraynanın Aİ-yə üzvlüyü sırf Avropa məsələsidir", - Orban davam edib. O, hökumət adından parlamenti əmin edib ki, "Ukrayna macarların qərarı olmadan Avropa İttifaqına üzv ola bilməyəcək". Baş nazir qeyd edib ki, Ukrayna bu gün Aİ-yə qəbul olunarsa, bu, "macar fermerlərini, hətta bütün milli iqtisadiyyatı məhv edəcək".
Milli.Az