İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın məhbus mübadiləsi razılaşmasını pozduğunu iddia edərək onların bədəl ödəyəcəklərini bəyan edib.
Milli.Az xəbər verir ki, İsrail ordusu Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində dünən təhvil verilən meyitlərdən birinin israilli məhbusa aid olmadığını iddia edib.
"Şəxsiyyətin müəyyənləşdirilməsi zamanı məlum olub ki, daxil olan meyitlərdən biri Şiri Bibasa aid deyil. Bu, adı açıqlanmayan, şəxsiyyəti məlum olmayan meyitdir. Biz HƏMAS-dan Şirini bütün əsirlərimizlə birlikdə öz evinə qaytarmasını tələb edirik", - deyə açıqlamada bildirilib.
İsrailin baş naziri Binyamin Netanyahu da məsələ ilə bağlı açıqlamasında Qəzzanın bu səbəbdən bədəl ödəyəcəyini, cəzalandırılacağını qeyd edib. HƏMAS isə İsrailin bu iddiasına münasibət bildirməyib.
Xatırladaq ki, HƏMAS atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində Qəzza zolağında İsrailin hücumu nəticəsində ölən dörd israilli məhbusun meyitini Beynəlxalq Qırmızı Xaç qruplarına təhvil verib. Təhvil verilən Oded Lifşitz, Şiri Bibas, Ariel Bibas və Kfir Bibasın meyitləri İsrail tərəfindən qəbul edilib. /Publika.az
Milli.Az