Dünya

Rusiyaya qaçan Əsma Əsəd ilk dəfə DANIŞDI

20 Fevral 2025 09:11
Baxış: 1 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baas rejiminin devrilməsi ilə Rusiyaya qaçan Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd uzun müddətdən sonra səssizliyini pozub.

Milli.Az xəbər verir ki, Əsma Əsəd "X" hesabında Suriyada yeni nizamın yaradılması ilə bağlı açıqlama verib.

"Uzun sükutdan sonra yenidən başlamağın vaxtıdır. Həyat bizi heç vaxt planlaşdırmadığımız yollara aparır, bizə öyrədir, dəyişdirir və heç vaxt təsəvvür etmədiyimiz qapıları açır. Bu proseslər məni dəyişdirdi", - deyə o yazıb.

Əsma Əsəd Suriyanın gələcəyi ilə bağlı ümidlərini ifadə edib: "Suriya bizim üçün hər zaman ən gözəl hekayə olaraq qalacaq. Suriya bütün gözəlliyi və köklü tarixi ilə qəlbimizdə yaşamağa davam edəcək". /Publika.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.