Hindistanın Karnataka əyalətində pələng gün ərzində eyni ailədən iki şəxsi öldürüb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hücumlar Nagarahole Milli Parkı sərhədindəki K Badaga kəndində baş verib.
Belə ki, ilk hücumda 18 yaşlı oğlan öldürülüb, yarı yeyilmiş şəkildə olan cəsədi isə kənddə tapılıb. İkinci hadisədə isə bazar ertəsi səhəri saat 07:00-da, 75 yaşlı Raju pələngin qurbanı olub. Raju'nun cəsədi oğlanın cəsədinin olduğu yerdən 200 metr uzaqda tapılıb.
Kənd sakinləri pələngin tez-tez ərazidə göründüyünü və ev heyvanlarına hücum etdiyini bildiriblər.
Kodagu bölgəsində son dövrlərdə baş verən pələng hücumları kəndlilər arasında böyük narahatlığa səbəb olub.Ponnanna əyalət hökumətinin və yerli rəsmilərin bu cür insan-vəhşi təbiət münaqişələrinə həll yolu tapmaq üçün heç bir addım atmadığını iddia edərək, bu məsələnin araşdırılması üçün geniş miqyaslı sorğu aparılmasını tələb edib.
Fidan
Milli.Az