Dünya

Xəzər Boru Kəməri Konsorsiumunun stansiyası PUA hücumuna məruz qaldı

17 Fevral 2025 13:55
Baxış: 1 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər Boru Kəməri Konsorsiumunun Kropotkinskaya Neft Nasos Stansiyası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsiumu məlumat yayıb.

Bildirilib ki, stansiya PUA hücumu nəticəsində istismardan çıxarılıb.

Qeyd olunub ki, stansiyaya hücum partlayıcı maddələrdən əlavə metal qəlpələri ilə doldurulmuş 7 PUA ilə həyata keçirilib. Stansiyanın işçiləri arasında itki olmayıb.

Qazaxıstanın Energetika Nazirliyindən bildirilib ki, Xəzər Boru kəməri Konsorsiumu tərəfindən Qazaxıstan nefti üçün heç bir məhdudiyyət yoxdur və neftin qəbulu ştat rejimində həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.