Dünya

"Rusiya ərazi güzəştlərinə getməli olacaq"

16 Fevral 2025 08:55
Baxış: 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ərazi güzəştlərinə getməli, silahlı qüvvələrini azaltmalı və gələcəkdə onlardan istifadədən imtina etməlidir.

Milli.Az  xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib.

Onun sözlərinə görə, "Ukrayna da güzəştə gedə bilər". Bundan başqa, Kelloq Rusiyaya qarşı sanksiyaların hazırda nə dərəcədə effektiv olduğunu qiymətləndirib.

"Onlar 10-dan 6 səviyyəsindədir. Lakin onların həyata keçirilməsi 10-dan 3 səviyyəsindədir. İqtisadiyyata təsir edən sanksiyalar lazımdır. Biz bunu keçmişdə İranla etmişik, biz bu ölkəni çox ciddi şəkildə sarsıdan sanksiyalar tətbiq etmişik", -o vurğulayıb.  /Report

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.