Dünya

Ağ Ev: ABŞ Qəzzaya qoşun göndərməyəcək

7 Fevral 2025 06:47
Baxış: 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatların Qəzza zolağına qoşun yeritmək və amerikalı vergi ödəyiciləri hesabına Fələstin anklavının bərpasını maliyyələşdirmək niyyəti yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News" telekanalına müsahibəsində bildirib.

"Prezident Qəzzaya qoşun göndərməyəcəyini açıq şəkildə bildirdi. Onun belə bir niyyəti yoxdur və o, Amerika vergi ödəyicilərinin bu səyləri maliyyələşdirməyəcəyini də açıq şəkildə bildirdi. Prezident elə bir sövdələşməyə çalışır ki, Qəzza əslində sülh içində yaşamaq istəyən insanlar üçün real iqtisadi inkişaf məkanına çevrilsin", Ağ Ev rəsmisi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.