Dünya

Trampdan Misir və İordaniyaya XƏBƏRDARLIQ: Onlar bunu edəcəklər

1 Fevral 2025 15:10
Baxış: 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Misir və İordaniyanın Qəzza zolağında İsrail hərbi əməliyyatları nəticəsində evlərini itirmiş fələstinliləri qəbul edəcəyinə əminliyini ifadə edib. 

Milli.Az xəbər verir ki, bunu Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

Bu barədə suala cavab verən Tramp deyib ki, "Misir və İordaniya bunu edəcəklər. Biz onlar üçün çox şey edirik və onlar bununla gedəcəklər", - o əlavə edib.

Qeyd edək ki, Tramp yanvarın 25-də jurnalistlərlə söhbətində Qəzza zolağındakı 1,5 milyon insanın ərəb ölkələrinə köçürülməsini mümkün hesab etdiyini bildirib./ölkə.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.