Dünya

İtaliyanın Baş naziri ilə bağlı araşdırma başladıldı

29 Yanvar 2025 00:33
Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma prokurorları Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan liviyalı səhra komandirinin İtaliyada saxlanması və sonradan sərbəst buraxılması ilə bağlı Baş naziri Giorgia Meloni və iki hökumət nazirinə qarşı təhqiqat açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Meloni özü məlumat yayıb.

Meloni liviyalı Ossame Anjiemə kömək etməkdə ittiham olunur. O, ədliyyə və daxili işlər nazirləri Karlo Nordio və Matteo Piantedosinin də araşdırıldığını bildirib.

"Dünən doğru olan bu gün də doğrudur: məni şantaj etmək olmaz və məni qorxutmaq olmaz", - Meloni ittihamları şərh edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.