Dünya

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı

25 Yanvar 2025 06:19
Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın şəxsi iqamətgahı olan Mar-a-Laqonun yanında yerləşən Florida ştatının Palm Beach şəhərində tikintisi başa çatmamış malikanə 45 milyon dollara satılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əmlak  "qış Ağ Evi" adlanan təhlükəsizlik zonasında, yüksək mühafizəsi olan ərazidə yerləşir. Rieltorlar deyir ki, evin tikintisi 2025-ci ilin payızında başa çatmalıdır. Qonşuda Amerika prezidentinin böyük bacısı Elizabet Tramp Qraunun evi yerləşir və küçənin digər tərəfindəki iki bina Donald Trampın özünün ailəsinə məxsusdur.

ABŞ liderinin gələcək qonşusu 1200 kvadratmetrlik malikanəyə sahib olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.