Amerikanın CNN telekanalı yüzlərlə əməkdaşını ixtisar edəcək.
CNBC-nin məlumatına görə. Bu addım biznesin qlobal rəqəmsal auditoriyaya yönəldilməsi məqsədilə atılır.
İxtisarlar, CNN-in ənənəvi televiziya proqramlarını yenidən tənzimləməsi və rəqəmsal abunə məhsulları üzərində işləməsi ilə əlaqədardır. CNBC-nin məlumatına görə, bu dəyişikliklər CNN-in istehsal xərclərini azaltmağa və komandaları birləşdirməyə kömək edəcək.
Məlumata əsasən, Nyu-York və ya Vaşinqtonda istehsal edilən bəzi verilişlər daha ucuz istehsal edilə biləcəyi Atlanta şəhərinə köçürülə bilər.
Comcast-ın mülkiyyətində olan NBC News da bu həftə sonuna qədər işçi ixtisarları planlaşdırır. Rəqəmlər dəqiq olmasa da, ixtisarların 50 nəfərdən az olacağı gözlənilir.
Comcast və Warner Bros Discovery bu xəbərə dair Reuters-in şərh sorğusuna dərhal cavab verməyib.
Amazon.com-un qurucusu Jeff Bezos-a məxsus Washington Post, bu ayın əvvəlində işçi qüvvəsinin təxminən 4%-ni və ya 100-dən az əməkdaşını ixtisar edəcəyini açıqlamışdı. Bu addım, qəzetin artan zərərlərlə mübarizə aparması ilə əlaqədardır.
Noyabr ayında Associated Press, əməliyyatlarını və məhsullarını modernləşdirmək məqsədilə işçi qüvvəsinin təxminən 8%-ni ixtisar edəcəyini bəyan etmişdi.
Lalə Qüdrətova
Milli.Az