Dünya

“Netflix” qiymətləri artırır

23 Yanvar 2025 07:48
Baxış: 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Netflix" təxminən 19 milyon yeni abunəçi qazandıqdan sonra bir sıra ölkələrdə qiymət artımı edəcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət ABŞ, Kanada, Argentina və Portuqaliyada abunə qiymətlərini artıracağını bildirib.

Sadalanan ölkələrin hamısında son qiymətlər açıqlanmasa da, ABŞ-da demək olar ki, bütün abunə planlarında qiymətlər artacaq. Reklamsız standart abunə haqqı artıq ayda 15,49 dollardan 17,99 dollara yüksələcək. Reklamlı planın qiyməti də 1 dollar artaraq 7,99 dollar olacaq.

Bundan əlavə "Netflix"in proqnozlaşdırılandan çox abunəçi sayını keçməsi Cənubi Koreyanın məşhur "Squid Game" serialının ikinci mövsümü və boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson ilə Ceyk Pol arasında keçirilən qarşılaşmanın yayımının təsiri ilə izah olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.