Dünya

Mask ilk dəfə xanımı ilə - FOTOlar

22 Yanvar 2025 08:00
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SpaceX" və "Tesla" şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask 3 övladının anası, "Neuralink" şirkətinin xüsusi layihələr üzrə direktoru Şivon Zilislə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Trampın andiçmə mərasimindən sonra təşkil olunan şam yeməyinə qatılıblar. 

Zilis tədbir boyunca "Amazon"un qurucusu Ceff Bezos, onun nişanlısı Lauren Sançez, Trampın qızı İvanka Tramp, onun həyat yoldaşı Kared Kuşnerlə danışıb. 

Qeyd edək ki, 2021-ci ildə Şivon Zilis və İlon Maskın əkiz uşaqları, 2024-cü ildə isə 3-cü uşaqları dünyaya gəlib. Bununla yanaşı, Maskın müğənni Grimesdən 3, əvvəlki münasibətlərindən isə 6 övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.