Dünya

Moda evləri Melaniya Trampı geyindirməkdən imtina edir

19 Yanvar 2025 12:44
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moda evləri həyat yoldaşı Donald Trampın andiçmə mərasimi öncəsi Melaniya Trampa geyim verməkdən imtina etməyə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Daily Mail yazır.

Bir çox dizaynerin Melaniya Trampla əməkdaşlıqdan imtina etməsi moda dünyasının ən nüfuzlu jurnalı olan "Vogue"un baş redaktoru Anna Uinturun ondan üz döndərməsi ilə bağlıdır. Belə ki, jurnal ABŞ-ın seçilmiş prezidentinin həyat yoldaşının şəklini yenidən jurnalın üz qabığına qoymaq istəmir. Halbuki, digər ABŞ prezidentlərinin həyat yoldaşlarının fotoları əvvəllər bu jurnalın üz qabığında dərc olunub.

Onlarla dizayner tərəfindən boykot edilən ABŞ-ın gələcək birinci xanımı paltar seçərkən dəb tendensiyalarına deyil, öz zövqünə güvənməyə məcbur olub. Melaniya hələ də daimi müştəri kimi "Dior" mağazalarından və digər moda evlərindən geyimlər alır.

Qeyd edək ki, bundan əvvəl Melaniya Tramp Mişel Obama haqqında sərt fikirlər səsləndirmişdi./publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.