Naməlum şəxslər Kaliforniya ştatının Tustin şəhərində ABŞ ordusunun anbarına daxil olaraq üç "Humvee" və digər hərbi texnikanı oğurlayıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin "Facebook" səhifəsində yerləşdirilən məlumatda deyilir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayəti törədən şəxslər üç avtomobildən əlavə səkkiz ədəd maşına quraşdırılmış pulemyot dayağı, tibbi avadanlıq, 40 cüt durbin, 18 süngü oğurlayıblar.
Milli.Az