Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.
Milli.Az xəbər verir ki, bu barədə yerli səhiyyə rəsmiləri məlumat verib.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Milli.Az