Dünya

Kim Çen In bu yeməyi qadağan etdi

6 Yanvar 2025 23:31
Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Sun" qəzetinin məlumatına görə, Şimali Koreyada evdə hot-doq təqdim etmək və ya küçədə satmaq artıq xəyanət aktı hesab olunur.

Bu qaydanı pozanlar saxlanılarsa, kommunist dövlətin əmək düşərgələrinə göndərilmək riski ilə üzləşirlər.

Bu qadağa ölkədə bəzi qida məhsullarının əlçatanlığına təsir edib. Məsələn, Amerikan üslubunda hot-doq kimi maddələrdən hazırlanan məşhur Koreya yeməyi budae-jjigae-nin satışının yerli bazarlarda dayandırıldığı bildirilir.

Koreya və Amerika mətbəxlərinin sintezini əks etdirən bu yemək Koreya müharibəsi dövründə yaranıb. O zaman artıq qalan hərbi rasionlar, məsələn, işlənmiş ətlər yerli dadlarla birləşdirilərək doyumlu bir şorba hazırlanırdı.

Bu qərar Pxenyanın Qərb mədəniyyətinin təsirinə qarşı sərt tədbirlər görməsinin son nümunəsidir.

Bundan əlavə, Şimali Koreya lideri son zamanlarda boşanan cütlüklərin "anti-sosialist" davranış kimi qəbul edilən bu hərəkətlərinə görə altı aya qədər əmək düşərgələrinə göndərilməsini əmr edib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.