Dünya

Təl-Əvivdə etiraz aksiyasından sonra 5 nəfər saxlanılıb

5 Yanvar 2025 09:55
Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təl-Əvivdə keçirilən etiraz aksiyasından sonra polis ictimai asayişi pozduğuna görə 5 nəfəri saxlayıb.

Milli.Az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, razılaşdırılmış mitinqin sonunda bir qrup nümayişçi aksiyanı bitirməkdən imtina edib və yolu bağlayaraq mitinqə davam edib.

Asayiş keşikçiləri polisə müqavimət göstərən nümayişçiləri saxlayıb.

Polis vətəndaşların qanuni etiraz hüququna hörmət etdiyini vurğulayıb.

"Eyni zamanda, polis əhalinin təhlükəsizliyinə xələl gətirə biləcək iğtişaşlara, zorakılığa və vandalizmə yol verməyəcək", - asayiş keşikçilərinin yaydığı bəyanatda deyilir./APA 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.