Dünya

Bu ölkədə silahlı köçərilərin hücumu nəticəsində 5 hərbçi ölüb

4 Yanvar 2025 21:48
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamerunun cənub-qərbində Fulani silahlı köçəri qrupunun hücumu nəticəsində ən azı beş hərbçi həlak olub, daha üç əsgər isə itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə "Alwihda" xəbər portalı məlumat yayıb.

Hərbçilərə hücumun səbəbi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, Kamerunda fermerlərlə köçəri Fulanilər arasında su ehtiyatları və otlaqlara bağlı tez-tez mübahisələr olur. Bəzən bu mübahisələr silahlı toqquşmalara çevrilir. Kamerun hakimiyyəti icmalar arasında gərginliyin yarandığı bölgələrə münaqişənin qarşısını almaq üçün hərbçilər göndərir. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.