Dünya

İranda yaşayış binası uçdu - ANBAAN VİDEO

16 Dekabr 2024 15:02
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər erkən saatlarda İranın Əhvaz şəhərində dəhşətli hadisə baş verib. Altımərtəbəli yaşayış binası birdən-birə çöküb.

Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə regional Yanğınsöndürmə Xidmətindən xəbər verilib.

Xoşbəxtlikdən, sakinlər ilk yeraltı təkanları hiss edərək vaxtında binadan çıxa biliblər. Yanğınsöndürmə Xidmətindən hadisə nəticəsində xəsarət alanın olmadığı vurğulanıb.

16 yaşayış mənzilindən ibarət altımərtəbəli binanın çökməsinin səbəbi kimi tikinti konstruksiyasında qüsurlar göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.