Dünya

Dünyanın ən güclü 100 qadını açıqlandı - Yeganə türk o oldu - FOTO

12 Dekabr 2024 19:52
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Forbes jurnalı "Dünyanın Ən Güclü 100 Qadını" siyahısını açıqlayıb.

Milil.Az xarici mətbuata istinadən xəbər verir ki , 33 trilyon dollarlıq iqtisadi gücü olan qadınlar siyahısında yeganə türk iş qadını Gülər ​​Sabancı olub.

İlk qadın menecer Gülər ​​Sabancı siyahıda 80-ci yerdə qərarlaşıb.

Forbes Sabancının karyerasına diqqət çəkərkən onun Sabancı Universitetinin qurucu prezidenti və Sabancı Fondunun prezidenti kimi Türkiyədə sosial məsuliyyət layihələrinə rəhbərlik etdiyini vurğulayıb. Bundan əlavə, onun Avropa Sənaye Dəyirmi Masasının (ERT) ilk qadın üzvü olması və MIT Enerji Təşəbbüsünün Xarici Məsləhət Şurasındakı rolu diqqət çəkən detallar arasındadır.

Qeyd edək ki, siyahının ilk dörd yerində isə  siyasi səhnənin önəmli adları öz izini qoyub. Siyahının başında Avropa Komissiyasının sədri Ursula fon der Leyen, ikinci yerdə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, üçüncü yerdə İtaliyanın baş naziri Giorgia Meloni, dördüncü yerdə isə Meksika prezidenti Klaudiya Şeynbaum qərarlaşıb.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.