Dünya

İsrail daha 2 “Hizbullah” komandirini məhv etdi

3 Noyabr 2024 13:40
Baxış: 636
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail hərbçiləri Livanın cənubundakı Xiam bölgəsində "Hizbullah"ın silahlı qanadının iki səhra komandirini məhv edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin teleqram kanalı məlumat yayıb.

"Hizbullah" komandiri Faruk Əmin Alasi İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində öldürülüb.

Bundan başqa İsrail ordusu "Hizbullah" hərəkatının Radvan xüsusi təyinatlılar şirkətinin komandiri Yusef Əhməd Nunun da məhv edildiyini açıqlayıb.

Ordunun mətbuat xidməti qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin əsgərləri Livanın cənubunda əməliyyatları davam etdirir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.