Dünya

Bayden Paşinyana nə yazıb? - Məktubun təfərrüatları

23 Oktyabr 2024 11:09
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ prezidenti Co Baydenin administrasiyası sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır".

Milli.Az xəbər verir ki, bu barədə Baydenin bu gün ABŞ prezidentinin xüsusi köməkçisi, ABŞ Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenterin Nikol Paşinyana təqdim etdiyi məktubunda deyilir.

Bayden xüsusi köməkçisindən Vaşinqtonun atmaq istədiyi bir sıra addımlar barədə Ermənistanın baş nazirinə məlumat verməsini xahiş edib.

Bayden məktubunda qeyd edib ki, o, Karpenterdən Vaşinqtonun atmaq istədiyi bir sıra addımlar barədə Ermənistanın baş nazirinə məlumat verməsini xahiş edib və Ermənistan hökuməti başçısının Azərbaycanla müzakirələrə dair fikrini öyrənmək istəyir:

"Bildiyiniz kimi, sülh müqaviləsinin qalan maddələrinin hazırlanması əzmkarlıq, hazırcavablıq və kompromis tələb edəcək. Mən sizi sülh müqaviləsini bu il yekunlaşdırmağa çağırıram " .

O, Paşinyanı əmin edib ki, bütün Cənubi Qafqazı dəyişdirəcək sabit və ləyaqətli sülhü təşviq etməyə hazırdır.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.