İngiltərənin Oksford Universitetinin alimləri dünyanın ən bahalı maddəsini açıqlayıblar.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bir qramı 4,7 milyard lirə (297 milyon 510 min manat) dəyərində olan Azot Atom Əsaslı Endohedral Fulleren texnologiyanın bir çox sahəsində istifadə edilib.
Materialın niyə bu qədər qiymətli olması maraq doğurur.
Oksford Universitetindən verilən açıqlamada bildirilir ki, Endohedral Fullerenin texnologiyanın gələcəyini tamamilə dəyişdirə bilər.
Alimlər bu yeni materialın son dərəcə dəqiq atom saatları istehsal etmə ehtimalını həyəcan verici hesab edirlər.
Ənənəvi atom saatları adətən otaq ölçüsündədir və atomların titrəyişlərindən istifadə edərək vaxtı ölçsə də, Oksforddakı komanda inkişaf etdirdikləri bu texnologiya ilə atom saatlarını cib telefonlarına sığdıra biləcək ölçülərə endirməyi hədəfləyirlər.
Bu yeni material, xüsusilə sürücüsüz nəqliyyat vasitələri üçün böyük bir inqilab yarada bilər.
Hazırda GPS sistemləri bir neçə metrə qədər dəqiqliyi təmin edə bilir ki, bu da avtonom avtomobillərin təhlükəsiz idarə olunması üçün kifayət etmir. Ancaq mini atom saatları ilə bu dəqiqliyi millimetrə qədər azaltmaq olar. Bu yolla, avtonom nəqliyyat vasitələri tunellərdə və ya zəif GPS siqnal sahələrində belə təhlükəsiz şəkildə izlənilə bilər.
Araşdırmalar davam edir və bu texnologiyanın gündəlik həyata daxil olması bir neçə il çəkə bilər. Bununla belə, mobil telefonlarda daşınan atom saatlarının istifadəsi yerin aşkarlanması və naviqasiya kimi sahələrdə böyük dəyişikliklərə səbəb ola bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun