Dünya

Navalnının qızı burada işləyir - FOTO

14 Oktyabr 2024 17:41
Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin fevralında vəfat edən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının qızı Darya ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahında işləməyə başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Darya Navalnayanın "LinkedIn" sosial şəbəkəsində şəxsi hesabına istinadən Rusiya mediası yayıb. 

Bildirilib ki, 23 yaşlı Darya artıq bir neçə aydır sözügedən qərargahda çalışır. Onun öhdəliklərinə isə könüllülərlə iş daxildir. 

Xatırladaq ki, A.Navalnı bu il fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Siyasətçinin tromb yaranması səbəbindən öldüyü ehtimal edilirdi. O, martın 1-i Moskvada dəfn olunub.

Onu da qeyd edək ki, ABŞ Prezidenti Co Bayden fevralın 23-də San-Fransiskoda Navalnının həyat yoldaşı Yuliya və qızı Darya ilə görüşüb. ABŞ lideri görüş zamanı onlara başsağlığı verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.