Dünya

8 saat ərzində 6 plastik əməliyyat keçirən qadın öldü - FOTOlar

4 Oktyabr 2024 08:13
Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada yaşayan 24 yaşlı Viviane Lira Monte 8 saat ərzində 6 plastik əməliyyat keçirdikdən sonra dünyasını dəyişib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, polis gənc qadının ölümünün şübhəli olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır. Məlumata görə, əməliyyatlarda qarın, qol, kürək və çənə nahiyələrinə müdaxilə edilib, döş kiçiltmə və piylərin çıxarılması aparılıb. Daha sonra cərrah çıxarılan piyi omba böyütmək üçün istifadə edib. Əməliyyatdan sonra gənc qadının 15 saat sonra evə qayıtmasına icazə verilib, lakin onun səhhəti ə pisləşib və ailəsi onu təcili olaraq xəstəxanaya çatdırıb. Xəstəxanada qadının təzyiqinin aşağı düşdüyünü görən həkimlər onu başqa xəstəxananın reanimasiya şöbəsinə köçürüblər.

Qarın boşluğunda ürək çatışmazlığına səbəb olan infeksiya nəticəsində 22 gün reanimasiyada qalan 24 yaşlı qadın dünyasını dəyişib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.