Makron geri çəkilir - Kanak xalqının qələbəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Təşəbbüs Qrupu Kanak xalqını təbrik edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Təşəbbüs Qrupu Kanak xalqını azadlıq mübarizəsində verdiyi böyük qurbanlar hesabına Makron iqtidarını geri çəkilməyə məcbur etməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Məlum olduğu kimi Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyi, habelə Kanak xalqının hüquq və azadlıqlarının Makron iqtidarı tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq bir neçə aydı dinc aksiyalar keçirilir.
Bu aksiyalar nəticəsindən 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Eyni zamanda Kanak xalqının azadlıq cəbhəsi olan FLNKS-in əsas fiqurları, xüsusilə hərəkatın lideri Kristian Teyn qanunsuz həbs edilərək Lyon şəhərinə köçürülüb. Bakı Təşəbbüs Qrupu ilk gündən bu siyasi məhbus ailələrinə dəstək verib və dəstək verməkdə davam edəcək.
Dinc etiraz aksiyalarını yerli xalqlara atəş açmaqla susdura bilməyəcəyini nəhayət dərk edən Makron iqtidarı Kanak xalqı qarşısında geri çəkilmək məcburiyyətində qalıb. 1998-ci ildə Fransa hökuməti ilə FLNKS arasında imzalanmış Numea sazişindən bəri ilk dəfə Fransa tərəfi Kanak xalqının bir sıra tələblərini yerinə yetirməyi öhdəsinə götürüb.
Yeni Kaledoniyanın ardınca digər müstəmləkələrdə etiraz dalğasının baş qaldırması və sürətlə genişlənməsi Fransa hökumətini məcbur etdi ki, aşağıdakı güzəştləri etsin:
- Bundan sonra Koloniyaların məsələləri ilə Dənizaşırı ərazilər üzrə nazir deyil, Baş nazir özü birbaşa məşğul olacaq.
- Fransa Milli Assambleyası və Senatının sədrləri dialoqun qurulması məqsədi ilə tezliklə Yeni Kaledoniyaya səfər edəcəklər.
- Baş nazir və dənizaşırı ərazilər naziri yanında formallaşdırılmış nazirliklərarası nümayəndə heyəti Yeni Kaledoniya ilə danışıqlar aparacaq (əvvələr Kanak xalqı ilə dialoqdan imtina edirdilər).
- Dövlət başçısı ilə razılıq əsasında Yeni Kaledoniyada 2024-cü ilin sonunda keçirilməsi nəzərdə tutulan əyalət seçkiləri 2025-ci ilin sonuna qədər təxirə salınır. Fransa Parlamentinin palataları bununla bağlı qərar qəbul edəcəklər.
- Yeni Kaledoniyada seçki kütləsinin sayının qanunsuz artırılması ilə bağlı 2024-cü ilin may ayında qəbul edilmiş konstitusiya qanunu Fransa Konqresinə səsverməyə təqdim edilməyəcək. Fransanın dövlət başçısı bunu noyabr ayında rəsmən bəyan edəcək.
Bu o deməkdir ki, Fransa hökuməti bundan sonra Yeni Kaledoniyaya məqsədli şəkildə kənardan köçürtdüyü miqrantlara səsvermə hüququ verə bilməyəcək.
Bakı Təşəbbüs Qrupu inanır ki, Kanak xalqının azadlıq mübarizəsi yerli xalqın əsas tələbi olan müstəqilliyin qazanılması ilə yekunlaşacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
XƏBƏR LENTİ
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb





