Dünya

Tehranda parad: İran yeni PUA və raketini təqdim etdi

21 Sentyabr 2024 22:49
Baxış: 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İran Silahlı Qüvvələri ölkə boyu genişmiqyaslı hərbi paradlar keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Tehranda keçirilən mərasimdə İran Prezidenti Məsud Pezeşkian və yüksək rütbəli hərbi rəsmilər iştirak ediblər.

Paradda "Şahid-136B" kamikadze pilotsuz uçan aparatları və min kilometr uçuş məsafəsinə malik "Cahad" raketləri təqdim edilib.

Eyni zamanda "360" raket kompleksi, "Fəcr" raketləri, "Qələvizan", "Zülfüqar", "Şəbdiz" və T-72M tankları, zirehli texnika və zirehli transportyorlar nümayiş olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.