Dünya

İtaliyada daşqın: mindən çox insan təxliyə olundu

20 Sentyabr 2024 07:38
Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın şimalındakı Emiliya-Romaniya regionunda leysan yağışın səbəb olduğu daşqın nəticəsində mindən çox insan evlərindən təxliyə edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Cənubi Avropaya yönələn "Boris" qasırğası səbəbindən bölgəyə 48 saat aramsız yağış yağıb. Daşqın nəticəsində evləri su basıb, yollar və küçələr su altında qalıb, qatarların hərəkəti dayandırılıb. Mülki müdafiə qüvvələri 500-dən çox xilasetmə əməliyyatı həyata keçiriblər.

İki nəfərin itkin düşdüyü bildirilir. Bəzi bölgələrdə təhsil müəssisələrində tədris dayandırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.