Dünya

Zelenski Çin və Braziliyanın sülh planını destruktiv adlandırdı

12 Sentyabr 2024 14:05
Baxış: 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident Vladimir Zelenski Çin və Braziliyanın Ukraynada sülh planının Kremllə razılaşdırıldığını əsas gətirərək onu destruktiv adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bu barədə Braziliyanın "Metrópoles" nəşrinə müsahibəsində danışıb.

"Onların təklifi siyasi bəyanatdan başqa bir şey deyil. Mən bunu Braziliya Prezidentinə də demişdim", - Zelenski deyib.

Ukrayna liderinin sözlərinə görə, hər iki dövlətin Rusiyanın mövqeyindən çıxış etməsi yanlış yanaşmadır.

Qeyd edək ki, haqqında bəhs olunan plan müharibənin dayandırılması və tərəflərin tutduqları mövqelərdə qalmasını nəzərdə tutur. Bu isə Vladimir Zelenskinin qoşunların 1991-ci il sərhədlərinə geri çəkilməsi ilə bağlı irəli sürdüyü planla ziddiyyət təşkil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.