Kremldən ABŞ-yə ÇAĞIRIŞ: Prezidentliyə namizədlər Putinin adını hallandırmasınlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rusiya lideri Vladimir Putinin adı ABŞ-nin daxili siyasi mübarizəsində alətlərdən biri kimi istifadə olunur. Kreml ümid edir ki, ABŞ prezidentliyinə namizədlər bu adı rahat buraxacaqlar".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp və demokratlardan olan rəqibi Kamala Harris arasında keçirilmiş debatları şərh edərkən bildirib.
"Əlbəttə ki, hər iki namizədin bizim prezidentimizi və ölkəmizi xatırlatmasına diqqət yetirdik. Putinin soyadı ABŞ-nn daxili siyasi mübarizəsində alətlərdən biri kimi istifadə olunur. Bu, bizim xoşumuza gəlmir və ümid edirik ki, onlar prezidentimizin adını rahat buraxacaqlar", - deyə o qeyd edib.
Bununla yanaşı, Peskov vurğulayıb ki, ABŞ prezidentliyinə namizədlərin hansı partiyadan olmasından asılı olmayaraq, Rusiyaya qarşı mənfi münasibətini saxlayır.
"Mövqe tamamilə aydındır, ABŞ bütövlükdə, namizədlər hansı partiyadan olursa-olsun, ölkəmizə qarşı mənfi, qeyri-dostluq münasibətini saxlayır", - deyə o əlavə edib.
"Qalan məsələlər, yəqin ki, amerikalı seçicilərin işidir, öz namizədlərinə qiymət vermək onların məsələsidir, bizim yox. Bizim öz qayğılarımız, nailiyyətlərimiz və problemlərimiz var", - deyə Kreml nümayəndəsi yekunlaşdırıb.
Qeyd edək ki, Tramp və Harris arasında "ABC News" telekanalının təşkil etdiyi teledebatlar çərşənbə axşamı Filadelfiyada (Pensilvaniya ştatı) keçirilib. CNN telekanalının sorğusunun nəticələrinə görə, debatları izləyən qeydiyyatdan keçmiş seçicilərin 44%-i Harrisin onların problemlərini daha yaxşı başa düşdüyünü bildiriblər, 40%-i isə Trampı dəstəklədiklərini söyləyiblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)





