Bu gün axşam saatlarında "Stokholm Arlanda" Beynəlxalq Hava Limanı fəaliyyətini 2 saatdan çox müddətə dayandırıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, buna səbəb idarəetmə qülləsindən görünən müxtəlif ölçülü dörd pilotsuz uçuş aparatı olub.
Polis mümkün təxribat cəhdini araşdırır.
Qeyd edək ki, oxşar hadisə ötən gün Uppsalada mühafizə olunan obyektlərin yaxınlığında da qeydə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun