Dünya

Rumıniya Moldovanın Curculeşti limanının alınması ilə bağlı danışıqlara başlayır

28 Avqust 2024 20:42
Baxış: 3 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniya hökuməti Moldovanın Dunay çayındakı Curculeşti limanının alınmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə danışıqların başlanmasına icazə verən memorandumu təsdiqləyib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin nümayəndəsi Mixay Konstantinin açıqlamasında deyilir.

"Nazirlər Kabinet Nəqliyyat və İnfrastruktur Nazirliyinə tabe olan, Konstansa qeydiyyatlı "Sea Ports Authority" milli şirkəti vasitəsilə Rumıniya dövlətinin Moldova Respublikasının Curculeşti Beynəlxalq Azad Limanında yerləşən və EBRD-yə məxsus "Dunaube Logistics" şirkətinin səhmlərinin alınması ilə bağlı bankla danışıqlara başlanmasını təsdiqləyib. Memoranduma əsasən, bankla bu səhmlərin alınması ilə bağlı danışıqlara başlamaq üçün komissiya yaradılacaq. Alış baş tutarsa, "Sea Ports Authority" milli şirkəti tərəfindən təmsil olunan Rumıniya dövləti Curculeşti limanı üzərində çox böyük nəzarət hüququ əldə edəcək", - o deyib.

Konstantin vurğulayıb ki, söhbət Rumıniyanın Konstansa limanını Avropanın bu hissəsində mühüm yükdaşıma qovşaqlarından birinə çevirmək üçün yük axınının optimallaşdırılmasından gedir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.