Dünya

Pakistanda avtobus dərəyə aşıb, 25 nəfər ölüb

26 Avqust 2024 08:20
Baxış: 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Kəşmir əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 25 nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə sərnişin avtobusunun Haveli Kahuta qəsəbəsindən Ravalpindi şəhərinə doğru hərəkət edən zaman baş verib.

Belə ki, əyləc sistemində baş verən nasazlıq qəzaya səbəb olub. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb edilib.

Ölənlərin meyitləri yaxınlıqdakı xəstəxanaya aparılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.