Dünya

Ermənistan gəmiricilərin idxalını və tranzitini qadağan etdi

23 Avqust 2024 06:14
Baxış: 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün bütün növ gəmiricilərin və primatların idxalını və tranzitini qadağan edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

"Meymunçiçəyi xəstəliyinin baş verməsinin və ocaqlarının yaranmasının qarşısını almaq üçün avqustun 21-dən bütün növ gəmiricilərin və primatların Ermənistan ərazisi ilə idxalı və tranzit daşınması qadağandır", - məlumatda bildirilib.

Qeyd edilir ki, qərar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamaları dərc olunana qədər qüvvədə qalacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.