Dünya

Qərbi Afrikada 7,3 milyondan çox insan qaçqın vəziyyətinə düşüb - SƏBƏB

18 Avqust 2024 23:18
Baxış: 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbi Afrikada 7,3 milyondan çox insan silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində qaçqın vəziyyətinə düşüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Komissiyasının sədr müavini Damtien Çinçibija deyib.

Onun sözlərinə görə, hazırda ECOWAS ölkələrində münaqişələr, zorakılıqlar və təbii fəlakətlər səbəbindən 7 milyon 337 min insan məcburi köçkün vəziyyətindədir.

ECOWAS-ın sədr müavininin sözlərinə görə, assosiasiya ölkələrində mövcud vəziyyət davam edən hərbi münaqişələr səbəbindən humanitar problemlərin kəskinləşməsi ilə xarakterizə olunur. Bütün bunlar, xüsusən Sahel və Çad gölü hövzəsində kütləvi köçə səbəb olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.