Dünya

Qazaxıstan meymunçiçəyi ilə bağlı hərəkətə keçdi

18 Avqust 2024 22:50
Baxış: 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Səhiyyə Nazirliyi infeksiyanın ölkəyə daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görüb və sanitar karantin məntəqələrində, o cümlədən hava limanlarında və sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri gücləndirilib. Bundan başqa meymunçiçəyi xəstəliyinin qeydə alındığı ölkələrdən gələn vətəndaşlara isə xüsusi diqqət yetiriləcək", - deyə bildirilib.

Nazirlik endemik ölkələrə səfər etməyi planlaşdıran vətəndaşlara müəyyən ehtiyat tədbirlərinə əməl etməyi, xüsusən də xəstə insanlar və vəhşi heyvanlarla təmasdan qaçmağı tövsiyə edib.

Qeyd olunub ki, Qazaxıstanın özündə bir dənə də olsun virusa yoluxma halı qeydə alınmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.