Dünya

"Boeing"ə görə bu dəfə ABŞ-də vitse-prezidentliyə namizədin həyatı təhlükəyə düşdü

17 Avqust 2024 14:27
Baxış: 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də Respublikaçılar Partiyasının vitse-prezidentliyə namizədi Cey-Di Vansın olduğu təyyarə göyərtədə yaranan fövqəladə vəziyyətlə əlaqədar təcili eniş edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Beast" nəşri Vansın nümayəndəsinə istinadən yazıb.

Bildirilir ki, problem qapı kipləşdiricisi ilə bağlı olub. Vəziyyət sərnişinlər və heyət üzvünün həyatı üçün təhlükəli olsa da, pilotların səriştəsi sayəsində faciədən yayınmaq mümkün olub.

Nasazlıqla bağlı fövqəladə vəziyyət elan edildikdən sonra "Trump Force Two" təyyarəsi Miluokiyə (Viskonsin ştatı) qayıdıb.

Qeyd edilir ki, problem aradan qaldırıldıqdan sonra hava gəmisi planlaşdırılmış marşrutla Sinsinattiyə doğru hərəkətini davam etdirib.

Məqalədə Vansın 22 il əvvəl istehsal olunmuş "Boeing 737-800" modelində səfər etdiyi vurğulanıb.

Qeyd edək ki, bu model təyyarənin ilk belə nasazlığı deyil. Bu təyyarələrin bundan əvvəl də dəfələrlə təkərləri düşüb, havada olarkən füzelyajında və motorunda problemlər yaranıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.