Dünya

Yeni Kaledoniyada baş verənlər hələ də kolonizalizmin höküm sürdüyünü göstərir - Karl Korbin

22 İyul 2024 12:29
Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dünyada kolonializmin qəbul olunmaz bir amil kimi nəzərə alırıq. Yeni Kaledoniyada baş verənləri görürsünüz. Bu hələ də kolonizalizmin höküm sürdüyünü göstərir. Mən bu gün sizə Fransa kononializmi barədə məlumat təqdim edəcəm.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün idarəçilik üzrə beynəlxalq məsləhətçi Karl Korbin Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.

O qeyd edib ki, bu ərazilər müstəmləkə formatından çıxıb öz müqəddəratını təyin etməlidir.

"Fransa Afrikada böyük ərazilərə insanları köçürərək yerli əhalinin tərkibini dəyişməyə çalışıb. BMT-nin nizamnaməsi açıq şəkildə bu parametrləri özündə əks etdirir. Burada xalqların öz müqəddəratı hüququ əks olunub", - deyə o qeyd edib.

O bildirib ki, Fransanın müstəmləkəçilik tarixi 1534-cü ildən başlayır və 1690-cı ilədək Dominikanın müstəmləkə halına salınması ilə davam edir: "Fransa Şimali Amerikadan Karib adaları istiqamətinə qoşun göndərməklə orada da möhkələnmişdi. 1795-ci ilədək Fransa konstitusiyasında koloniyalarla bağlı müddəa yox idi, amma həmin ildən əsas qanuna dəyişikliklə bu məsələ ana sənəddə təsbit olundu".

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.